“Barselona”nın hücumçusu Neymar sabah İspaniya çempionatının 10-cu turu çərçivəsində keçirələcək “Real”la oyunda Pepenin təxribatına uymayacağını söyləyib. Fanat.az xəbər verir ki, 21 yaşlı oyunçu “El Klasiko” ərəfəsində bunları deyib:
“Hələ sentyabrda Portuqaliya ilə keçirdiyimiz oyundan əvvəl millinin məşqçilər korpusu Tiaqo Silvayla mənə Pepeyə qarşı necə oynamağın vacibliyini başa salmışdı. Braziliya yığmasının məşqçiləri bizə videogörüntülər göndərmişdilər. Həmin materiallarda çox şey var. Faydasını yoldaşlıq görüşündə gördük. Əminəm ki, videogörüntülərin yenə xeyri dəyəcək. Həm də yalnız mənə yox, “Barsa”dakı komanda yoldaşlarıma da”.
Xatırladaq ki, sentyabrdakı yoldaşlıq görüşündə Braziliya Portuqaliyanı 3:1 hesabı ilə yenmişdi.
Fanat.az