"Neftçi" "Simurq"a qarşı tam heyətlə oynaya bilməyəcək. Fanat.az xəbər verir ki, yeni baş məşqçi Nazim Süleymanov ilk oyununda iki futbolçunun xidmətindən məhrum olub.
Belə ki, Naxçıvandakı Superkubok oyun oyununda beyni silkələnən Karlos Kardoso zədə səbəbindən kənarda qalacaq. Araz Abdullayev isə cəzalı olduğundan oynaya bilmyəcək. Belə ki, "Rəvan"la oyunda sarı vərəqə alan yarımmüdafiəçi cəzalı duruma düşüb.
Fanat.az