09:41 29.10.2013 743

"Deyə bilmərəm ki, Əsədovdan yaxşıyam" - MÜSAHİBƏ

Azərbaycan futbolunun ən istedadlı simalarından sayılan, Portuqaliyada “Setubal”, İspaniyada “Betis” kimi klubların şərəfini qoruyan Vəli Qasımovun son iş yeri U-19 olub. Bir müddət əsas millidə çalışandan sonra 19 yaşadək futbolçulardan ibarət komandanın “sükanı arxası”na keçən sabiq forvard Avropa çempionatının seçmə qrup mərhələsində gənclərlə uğur qazanmayıb komandanı təhvil verməli oldu. Mütəxəssislə əlaqə saxlayıb aktual mövzular ətrafında söhbətləşdik.



      -         Yığmanın oyun tərzi xoşunuza gəlir?

-         Oyun yox, son seçmə mərhələdəki nəticə yaxşıdı. Futbolçularımızın ustalıq səviyyəsi yüksək deyil. Baxımlı futbol sərgiləmək hələ bizlik deyil. Əsasən müdafiədən oynayıb nəticə qazanmağa çalışdıq.

-         Rusiya ilə oyundan əvvəl matşın 1:1 hesablı bərabərliklə bitəcəyini demişdiz. Proqnozunuz doğruldu. Nəyə əsaslanmışdız?

-         Düzdü, Rusiya bizdən güclü oynadı. Amma tarixdə nəticə qalır. Mənə elə gəlirdi ki, həm biz xal qazanacağıq, həm də onlar DÇ-2014-ə F qrupunda 1-ci yeri tutub yollanacaqlar. Elə belə olmasını istəyirdim. Həmin vaxt yaranan şərait də bu sonluğu proqnozlaşdırmağa əsas verirdi.

-         Tsiklin son 2 oyunundan əvvəl Berti Foqtsun göndəriləcəyinə şübhə edən az idisə, bu gün durum fərqlidi. Sizcə getməlidi, yoxsa qalıb işini davam etdirməlidi?

-          Mənim fikrim nəyisə dəyişməyəcək ki... Qərarı AFFA rəhbərliyi verəcək.

-         Hər halda, şəxsi fikriniz olmalıdı.

-         Dəyişiklik olsa, yaxşıdı. Bütün oyunlara baxmışıq. Xal qazandığımız matçlarda da milli azarkeşlərin istədiyi oyunu göstərməyib. Xalq Avropa futboluna baxıb ləzzət alır. Biz də bu yöndə irəli addım atmalıyıq, “artırmalıyıq”. Birdən-birə sayılıb-seçilən komandalarla bir cərgədə dura bilmərik. Amma indikindən yaxşı oynamaq mümkündü.

-         Yəni millinin daha artığına yetəcək potensialı var?

-         Var.

-         Foqtsun əvəzinə əcnəbi gəlməlidi, yerli?

-         100 faiz. Ona yaratdıqları şəraiti əsirgəməsələr, yerli çalışdırıcı rahatlıqla işləyər, nəticə də verər. Elə problem də budu ki, yerliyə əcnəbilər qədər şərait yaradılmır. Həmişə belə olub. Azərbaycanlı məşqçilər yerli çempionatı yaxından izləyir, hansı futbolçunun son durumunun nə yerdə olduğundan xəbər tutur. Gəlmə bunu etmir axı... Demirəm, pis işləyir, ancaq Foqts yığmanın oyunlarından əvvəl toplanış keçirir, oynamayanı da çağırır, oynayanı da. Oyunçunu çempionatda izləmək lazımdı. Özü də müntəzəm. Vacib şərt budu.

-         Razıyam. Bəs rus veteranlarla oyunda niyə qələbə qazana bilmədiz?

-         Onlarda karyerasını yeni başa vurmuş oyunçular çox idi. Güclü idilər.

-         Hesabda geri düşəndən sonra bacarmayacağınızı görüb “sülh”ə razılaşdırdız?

-         Yox, belə şey olmayıb. İkinci hissədə 1 top vurduq, oyun heç-heçə qurtardı. Amma güclü olmağına güclü idilər. Əziyyət çəkdik. Bizimkilərdən hamı gəlməmişdi.

-         Foqtsun son vaxtlar yığmaya çağırdığı və start heyətində yer verdiyi Rüfət Dadaşovun getdikcə yüksək səviyyəyə çatacağına inanırsız?

-         İnanıb, çağırıb, o da özünü pis göstərməyib də. Hər şey məşqçidən asılıdı. Kimi istəyirsə, onu da oynadır.

-         Mən futbolçu karyeranız ərzində forvard olduğunuz üçün soruşdum.

-         Xırdalığına qədər dəyərləndirməyim düzgün olmaz.

-        Yaxşı, siz baş məşqçi olsaz, hücumdakı “dişsizliyi” aradan qaldırmaq üçün nə edərsiz, hücumda kimi oynadarsız?

-         Rauf Əliyev millidə yaxşı oynayır. Mübarizdı, döyüşkəndi, fiziki hazırlığı qaydasındadı. Çempionatda da sabitliyi qorusa, lap yaxşı olar. Bizdə həmişə hücumçu problemi olub. Qol vurmaq, daha çox fərqlənmək üçün millinin ümumi oyun tərzinə “əl gəzdirilməlidi”.

-         U-19-da uğur qazana bilməyib, baş məşqçi postunu tərk etdiz. Xələfiniz Arif Əsədova isə daha bir şans verdilər.

-         Yəqin AFFA-dakılar işlərin düzələcəyinə inanırlar. Deyə bilmərəm ki, mən olsam, ondan yaxşı nəticə qazanardım. Bu futboldu.

-         Əsədov seçim qıtlığından şikayətlənib. Sizin vaxtınızda da əsas problem bu idi?

-         Çatışmazlıq var idi. Ancaq indi vəziyyət fərqlidi. Komanda formalaşdırmaq olar. Hazırda U-19-da oynatmağa istedadlı oyunçular çoxdu .1996-cı il doğumlular arasında bacarıqlı uşaqlar az deyil. Onları bir araya gətirib uğur qazanmaq mümkündü.

-         Nikolay Adam yeniyetmə istedadlarla U-17-yə nə verib?

-         (gülür) Sizcə nə verib?

-         Məncə, heç nə. Fəaliyyətində müsbət nöqtələr tapmağa çətinlik çəkirəm.

-         Elə mən də tapa bilmirəm.

-         Yerlilər kənarda qaldığı halda, adamların aşağı yaşqruplarına rəhbərlik etməsi nə dərəcədə düzgündü?

-         İnşallah, layiq olan bütün yerlilər işləyəcəklər.

-         Cari premyer-liqa mübarizəsi ürəyinizcədi?

-         Çox maraqlı çempionatdı.

-         Çempionluğa namizəd gördüyünüz hansı komandadı?

-         Hələ favorit haqda konkret fikir səsləndirmək tezdi. Rəqabət güclüdü, 11 turda uduzmayan, xal itirməyən komanda isə yoxdu. Məsələn, “Qarabağ”ın son turda “Xəzər Lənkəran”ı böyük hesabla yendi. Ardını gətirsə, rəqiblərindən aralanmağı bacarsa, əsas namizəd sayılacaq. Komandanın oyunu var. Bəzən büdrəyirlər. Ardıcıl qələbələr seriyası gözə dəymir. İddialılar rahatlıqla irəliləmir ki, bu da çempionata marağı artırır.

“Futbol+”

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

Facebookdan bizi izləməyi unutmayın.
X