11:10 11.09.2018 1696

Rusiyada azərbaycanlı çempionu belə saxladılar - VİDEO

Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərində kütləvi davada iştirak edən üç azərbaycanlı və bir ermənini saxlayıblar. Dava avqustun 25-də baş verib. 

Həmin gecə Petrozavodsk sakini evinin qarşısında döyülüb. Ağır kəllə-beyin travması alan şəxs cinayətkarların əlindən qurtula bilib. 

Şahidlərin sözlərinə görə, Cahangir Kadaşyev və onun dostları eyvanda səs-küy salıblar. Şəhər sakini avtomobilini park edən zaman bu səs-küyü eşidib və iradını bildirib. Bundan sonra münaqişə baş verib. Kadaşyev və onun dostları Zəfər Səfərəliyev, Ruslan Müslimov və Robert Tonyan həmin şəxslə dalaşıblar. Xəsarət alanın adı hələ də KİV-dən gizli saxlanılır. 

Yeri gəlmişkən, videodan görünür ki, döyülən şəxs davadan qorxmur və əlindəki silahdan havaya bir neçə dəfə atəş açır. Davanın sonunda hadisə yerinə polis əməkdaşları gəlib. 


Karelia.news yazır ki, polis davanın bütün iştirakçılarını həbs edib (Xəsarət alan şəxsin hadisə yerindən qaçdığı və hələ də tutulmadığı bildirilib). Zəfər Səfərəliyev hadisənin görüntülərində yer almayıb.

Polis onun davanın sonunda gələrək, şəhər sakininin avtomobilinə kərpiclə zərər verdiyini bildirib. Şahidlərin sözlərinə görə, "Audi” markalı avtomobilə ümumilikdə 400 min rubldan çox (təxminən 6000 min dollar – red.) ziyan dəyib. 



Sentyabrın 2-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, yalnız Robert Tonyan azadlığa buraxılıb. Araşdırmalar zamanı onun şəhər sakininə xəsarət yetirmədiyi, avtomobilə ziyan vurmadığı və polisin əmrlərinə tabe olduğu aydınlaşıb. 

Cahangir Kadaşyevə qarşı vəzifələrinin icrası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etmə maddəsi ilə cinayət işi başlanıb. Həmçinin, ona qarşı sağlamlığa yüngül zərər vurma və xuliqanlıq edərək başqasının əmlakına zərər vurma ittihamı irəli sürülüb. Son iki maddə yenidən təsnif edilə bilər. 

Məhkəmə istintaq prosesi zamanı Kadaşyev, Müslimov və Səfərəliyevin 60 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. 

Yerli KİV-lərdə məlumat yayıldıqdan sonra Karelia.news portalına Kareliyadakı Azərbaycan diasporunun nümayəndəsi Akif Quliyev müraciət edib. 

Quliyevin sözlərinə görə, o, artıq 33 ildir Petrozavodskda yaşayır. 

"Daxili İşlər Nazirliyində, zavodda çalışmışam. Mənim uşaqlarım burada doğulub. Cahangirin valideynləri də uzun müddətdir ki, burada yaşayır. Cahangir Petrozavodskda doğulub. Onlar varlı ailədən deyil. Kasıb ailəsi ipoteka ödəyir. Ən başlıcası isə biz hamımız Rusiya vətəndaşıyıq. 

Cahangir Rusiyada sambo və karate üzrə idman ustasıdır. O, Avropa çempionu olanda Rusiya üçün döyüşürdü və yaxşı insan idi. Cinayət törətdikdən sonra isə heç kim oldu. Bu, düzgün deyil”. 



Akif Quliyev insidentin səbəbi olacaq daha bir faktı da açıqlayıb. 

"O gənc özü də günahkardır. O qızla olub və yanında silah gəzdirib, görünür ki, qızın yanında özünü göstərmək istəyib. Cahangir dostugilə qonaq gəlib. Onlar kimisə gözləyirdilər. Və o, eyvanda yüksək səslə həmin şəxsin adını çəkib. Axşam saat 10:00 olub, burada nə var ki? Gecə saat 02:00 deyildi.

Oğlan maşında qızla oturub, musiqiyə qulaq asırmış. O, Cahangirə deyib ki, qışqırmasın. O, bunu kobud şəkildə ifadə edib. Onların sözlü mübahisəsi düşüb. Sonda isə Cahangir ona zərbə vurub. Cahangirin niyə onu döydüyü mənə məlum deyil. Mən onu təmizə çıxarmıram. Demək istəyirəm ki, həmin gənc onu buna təhrik edib. 

Təkrar edəcəm: Cahangirin etdiyi pisdir və o, cəzasını alacaq. Ancaq məhkəmə milli məqamları nəzərə almamalı və obyektiv olmalıdır. Hüquq-mühafizə orqanlarına müraciət edirəm və onları işin obyektiv araşdırılmasına səsləyirəm”, - Quliyev bildirib. (oxu.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X