15:27 19.10.2018 2789

Həbib Nurməhəmmədov hansı azərbaycanlıya uduzub? - VİDEO

UFC döyüşçüsü Həbib Nurməhəmmədovun məğlub olduğu yeganə idmançının azərbaycanlı Xamis Məmmədov olması hələ də müzakirə olunmaqdadır.

Fanat.Az xəbər verir ki, bu faktı Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov oxu.az-a müsahibəsində bildirmişdi.

MMA klubunun rəhbəri Şəhriyar Abbasov da mətbuata açıqlamasında vaxtilə döyüş sambosunda Nurməhəmmədovun Məmmədova uduzduğunu, müsahibələrindən birində Həbibin bunu etiraf etdiyini bildirmişdi.

Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş şəxsin səs yazısına görə, bu döyüş 2007-ci ildə Dağıstanda olub: 

"2004-cü ildən Xamis döyüş sambosu ilə məşğul olmağa başladı. Dağıstanda olanda Həbibin atası Əbdülmanaf Nurməhəmmədovla tanış oldu, hətta onların evində qaldı. 2007-ci ildə Dağıstan açıq çempionatında Xamis üçüncü və ya dördüncü döyüşündə Həbibə qalib gəldi. Amma sonra o, finalda dağıstanlı idmançıya uduzdu. Xamis II, Həbib isə III yeri tutdu.

Daha sonra 2011-ci ildə gəmidə bu iki nəfər arasında qaydasız döyüş keçirildi. Həmin döyüşdə Həbib qalib gəldi (yeri gəlmişkən, "Youtube”da olan həmin döyüş məhz budur – S.M.). Onu Şəhriyar qızışdırdı ki, Həbibə qalib gəl, tək səni UFC-yə götürsünlər. Amma uduzdu. Əbdülmanaf onu öz oğlu kimi Poltavaya turnirlərə aparırdı. Sonra gördü ki, Xamis bir yerdə dayanmır, onunla əlaqəni kəsdi”.

 
 
Sidney Olimpiadasında boks üzrə bürünc mükafat qazanmış Vüqar Ələkbərov isə oxu.az açıqlamasında yeni iddia ilə çıxış edib. O bildirib ki, Nurməhəmmədova qalib gələn Xamis yox, başqa azərbaycanlı olub:

"Yalan deyirlər. Xamis Həbibə uduzub. Həbibə döyüş sambosunda qalib gələn başqa azərbaycanlı olub. İnternetdə rus dilində "Həbib Nurməhəmmədova qalib gəlmiş yeganə idmançı” yazın, özünüz görəcəksiniz. O, Rusiya azərbaycanlısıdır”.

Yeri gəlmişkən, belə də etdik və həmin videonu tapdıq. Məlum oldu ki, doğrudan da, döyüş sambosunda Həbibə qalib gəlmiş bir idmançı olub. Bu, Məhəmməd İbrahimovdur. Ancaq həmin idmançı azərbaycanlı yox, çeçen kimi təqdim olunur. Hətta həmin məğlubiyyətdən sonra Nurməhəmmədovun ağladığı görünür.

 
İstənilən halda, bütün bu suallara Xamis Məmmədovun özündən başqa birisi cavab verə bilməz. O isə susduqca, bu məsələdə qeyri-dəqiqlik hələ çox qalacaq.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

Facebookdan bizi izləməyi unutmayın.
X