Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvvləri Premyer Liqada çıxış edəqn klubların əvəzedici heyətləri arasında XII turun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Simurq"la oyunun 56-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərqə alan "Bakı"nın oyunçusu Sənan Bayramov 2 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə olunub. "Xəzəçr Lənkəran"la matçın 56-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqəni alaraq meydandan kənarlaşdıralan "Neftçi"nin futbolçusu Yunis Babayevin cəzası isə 1 oyun olub. Paytaxt klubu buna görə 100 manat cərimə ödəyəcək.
"Rəvan" 5, "Sumqayıt" və "İnter" 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə edilib.
Fanat.az