18:23 05.11.2013 805

Sənin komandana dəstək borcun var!


Müstəqillik dönəminə qədəm qoyandan, öz daxili çempionatını keçirəndən bəri azarkeş problemi ölkə futbolunun ən böyük çatışmazlıqlarından sayılıb. Təbii, 15-20 il bundan öncə yerli birinciliyin səviyyəsi yumşaq desək, daha yaxşısını arzulamağa məcbur edirdi. Futbola yatırılan pullar artdıqca, iş adamları “para sandığı”nın ağzını açdıqca çempionatın sambalı da artdı. Bu gün Azərbaycanda sırf yerli çempionatın oyunlarının təşkilinə və keçirilməsinə cavabdeh olan qurum – Peşəkar Futbol Liqası var. Şübhəsiz, müəyyən çatışmazlıqlar indi də qalmaqdadı. Ancaq premyer-liqanın hazırki səviyyəsinə ağız büzmək olmaz. Azarkeş baxımından isə durum ürəkaçan deyil.

 

Niyə qaçaq düşdülər?

SSRİ dağılandan sonra öz başının çarəsinə baxmalı olan Azərbaycanın hər sahədə olduğu idmanda da ciddi çətinliklərlə üzləşdi. Doğrudu, imperiyanın məktəbini görmüş futbolçular yox deyildi. Lakin yüksək səviyyəli 10-15 oyunçuyla səviyyəli çempionat keçirməyin mümükünsüzlüyünü də hamı anlayırdı. SSRİ birinciliyinin oyunlarını canlı izləmiş tərəfdarların rəqabət sarıdan axsayan çempionatdan zövq almamasında qeyri-adi nəsə axtarmağa dəyməz. Hərçənd 90-cı illərdə baş tutan bəzi oyunlarda anşlaq qeydə alındığını bilirik. Futbelsevərləri stadionlardan qaçaq salan yalnız meydanda sərgilənən futbolun “çəkisinin azalması” deyildi. Oyun alqı-satqısı, klubların peşəkarlıq anlayışından xəbərsizliyi də “idmanın şahı”yla nəfəs alanları – gerçək fanatları tribunalardan “sildi”. Müəyyən dönəmdə “Şəmkir”in, bəlli zaman kəsiyində “Kəpəz”in, “Qarabağ”ın, “Neftçi”nin çempionatda at oynatması belə, gerçək irəliləyişin göstəricisi statusuyla dəyərləndirilməməlidi. Yerli “qaymaqlar”dan 8-9 nəfəri hansı klub heyətinə cəlb edirdisə, sonda qızıl medallara sahib çıxırdı. Hətta mövsümün əvvəlindəki transferlərə nəzərən, sonda kimin finişə hamıdan tez çatacağı bilinirdi. Avrokuboklarda gücü təsadüfi qələbələrə çatan, ilk mərhələdəcə mübarizəni dayandıran komandaların heyətində top qovanların yarısından çoxu qeyri-peşəkarlar idi. Çempionatda digərlərini qabaqlayan kollektivin qitəmiqyaslı turnirlərdə qapazaltıya çevrilməsi, “bizdə futbol yoxdu” fikrini milyonların beynində möhkəmlətməsi başadüşüləndi. 21-ci əsrin ilk beş ilində də hər hansı sıçrayışa nail olmayan daxili mübarizə məhz bu dövrdə “doğulan” klubların sayəsində qızışmağa başladı...

 

Pul gəldi, peşəkarlıq gəlmədi

 

Geriyə boylanıb elita səhnəsində “qısa ömür yaşayan”ları yada salmaq vacibdi. “MKT Araz”, “Karvan”, “Standard” və başqalarını misal göstərə bilərik. Bir müddət komandaya pul buraxan sponsorların imtinası “körpələr”in dünyasını dəyişməsinə bəs etdi. Cibdən maliyyələşən, səhm və səhmdar tanımayan klublar Azərbaycansayağı inkişaf yolunu tutmuşdu. Dünya praktikasında uğur qazanmayan metod (istisnalar da var) çox keçmədən fəsadlarını göstərdi. Nəyin bahasına olsa da, nəticə qazanmağa, qoyduğu pulun müqabilində “yuxarılar”dan “afərin” eşitməyə can atan iş adamları hər şeyin o qədər də asan olmadığını anladıqca, rəqib komandanın müdafiəçilərini, qapıçısını almaqla qələbəyə qovuşmağa çalışdıqca, yerli çempionat haqda mənfi fikirlər formalaşdı. Keçid dövrü üçün yaxın keçmişdə yaşananları xarakterik hal saymalıyıq. Böyük pullar fonunda peşəkarlıq cücərtilərini çox gözləməli olduq. Avrokuboklarda bir mərhələ adlamaya bilən komandalar ölkə sərhədlərindən kənarda xərclənən pullara uyğun nəticə göstərmirdi ki, bu da azarkeşləri razı sala bilməzdi.

 

Son 4 ildə nə dəyişdi?

 

Makkabi “Hayfası”nı İntertoto kubokunda mübarizədən kənarlaşdırmaqla ilkə imza atan “Qarabağ”ın Qurban Qurbanovun rəhbərliyi dönəmində futbol ictimaiyyətini qəflət yuxusundan oyatması faktdı. 2009-cu ilin yayında ölkə futbolçularının potensialının daha artığına imkan verdiyini isbatlayan, Avroliqanın pley-offunadək irəliləyən Ağdam təmsilçisi psixoloji səddi aşmaqla hədəfləri böyütdü və aradakı uğursuz mövsümü çıxsaq, müxtəlif heyətlərlə sabitliyi qoruyub davamlılıq fəlsəfəsini də aşılamağı bacardı. 2012-ci ilin yayında tarixi ilkə imza atıb Avroliqanın qrupuna vəsiqə qazanan “Neftçi”nin nailiyyəti isə büdcədən pul silməklə başını girləyən bəzi klub rəhbərlərini çətin sual qarşısında qoydu. Oliqarx sponsorların tələbləri artdı, “yeyim, yola verim” prinsipi ilə çalışanlar etibarını itirdi. Son 4 ildəki müsbət dəyişikliklər danılmazdı. İstər infrastruktur, istərsə də seleksiya sahələrində ümumi inkişaf sezilir. Düzdü, bu yüksəliş hələ bütün klub rəhbərlərinin təfəkküründə öz əksini tapmayıb. Amma 5 il əvvəlki ilə müqayisədə klub futbolunun yerində saymadığını vurğulamamaq ədalətsizlik olar. PFL-in bayrağı altında keçirilən indiki çempionatın rəqabətliliyi, komandaları çalışdıran əcnəbi mütəxəssislərin, legioner futbolçuların səviyyəsi azarkeş marağının atmasını şərtləndirməlidi.

 

İndiki futbol daha çox marağa layiqdi

 

Razılaşaq ki, premyer-liqa oyunlarının bəziləri orta səviyyəli Avropa birinciliklərində sərgilənən oyunlardan geri qalmır. “Neftçi” – “Xəzər Lənkəran”, “Qarabağ” – “Qəbələ”, “Bakı” – “Neftçi” matçlarında futbolu anlayan idman mübarizəsi adına çox şey tapa bilər. Təəssüflər olsun ki, “keyfiyyətli məhsul”  - ürəkaçan, bol qollu oyunlar belə ətrafına arzulanan sayda azarkeş toplamır. Bu baxımdan yalnız “Xəzər Lənkəran” tərəfdarlarının öyünməyə haqqı var! Zaman göstərdi ki, cənublu futbolsevərlər “gəmiçilər”i hər oyunda 3-4 qol yeyib yeniləndə də dəstəkləyir. Əsl azarkeş belə olmalıdı. Digər bölgələrdəki durumu isə ümumi prizmadan yanaşsaq, qənaətbəxş adlandırmalıyıq. Bəs qalanları? Hesabat turundakı “Qəbələ” – “Qarabağ” qarşılaşması 1000 yox, azı 10000 seyircinin gözü qarşısında oynanılmağa layiq görüş deyildimi? Komandalar bundan artıq nə etməlidi?

 

Azarkeş mədəniyyəti yoxdu

 

Uduşlu biletlər, oyunlardan əvvəl təşkil edilən konsert proqramları əlacsızlıqdan atılmış addımlardı. Belə cəhdlərlə stadionlara təşrif buyuranların sayını artırmaq dəryada balıq sevdasıdı. Ölkədə azarkeş mədəniyyəti formalaşdırmağın başqa yolları tapılmalıdı. Klubdan aylıq maaş alan fanklub rəhbərinin başını dönərlə, tumla tovlayıb stadiona gətirdiyi uşaqların “filankəs, irəli” qışqırması miskin görüntüdü. Mümükünsüz heç nə yoxdu. Daha yaxşı təbliğat yolları tapmaq lazımdı. Hər şeydən öncə isə özünü azarkeş sayan “mənim komandama dəstək borcum var” fikrini beyninə həkk etməlidi. İmkanı olduğu halda stadiona getməyən, uğuruna sevindiyi komandanın oyunun hesabını başqasından soruşan tərəfdarın adını azarkeş qoymağa haqqı çatmır.

 

NİHAT, “Futbol+”   

 

 

 

     

 

 

  Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X