19:54 10.11.2013 789

Toşak Syomindən xal aldı, "Neftçi" liderə çatdı

Bu gün Topaz Premyer Liqasında XIII turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə iki matç baş tutub. Bir matçda əyalət klubları, digərində paytaxt təmsilçiləri qarşılaşıb.

Əvvəlcə meydana "Xəzər Lənkəran"la "Qəbələ" çıxıb. Superkubok zəfərindən sonra çempionatda "Qarabağ" və "Neftçi"yə böyük hesabla uduzan "Xəzər Lənkəran" doğma meydanda çempionluğa iddialı rəqibindən xal almaqla azarkeşləri önündə günahlarını yumağa çalışırdı. Ötən tur 7 qolun vuruluğu oyunda "Qarabağ"a yenilən (3:4) "Qəbələ" isə həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Komandaların 90 dəqiqəlik mübarizəsi nəticəsində qapılara qol vurulmayıb və tərəflər hərəyə bir xal qazanıb.

Tura "Neftçi" - "Bakı" oyunu ilə yekun vurulub. Ötən gün "Qarabağ" xal itirdiyindən "Neftçi" üçün yaxşı şans yaranmışdı. Son üç mövsümün çempionu bu gün Bakını yenməklə liderlə xallarını bərabərləşdirəcək, həmçinin ilk dövrədə "Bakı"ya 0:3 hesabı ilə yenilginin əvəzini çıxacaqdı. Oyuna fəal başlayan "ağ-qaralar" 3-cü dəqiqədə hesabı açıb. Ötən tur "Xəzər Lənkəran"a qol vuran Ernest Nfor bu dəfə də fərqlənib. 27-ci dəqiqədə Saşa Stamenkoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq "Neftçi" fasiləyədək ikinci qolu vurub. Bu dəfə Cavid İmamverdiyev rəqib qapısına yol tapıb. 53-cü dəqiqədə Erik Ramosun avtoqolu "Bakı"nı ümidləndirsə də, qonaqların bundan artığına gücü çatmayıb. Beləliklə, 2:1 hesablı qələbə qazanan "Neftçi" lider "Qarabağ"la xallarını bərabərləşdirib. "Ağ-qaralar" indi liderdən yalnız top fərqinə görə geri qalır.

Qeyd edək ki, cümə və şənbə günləri keçirilən turun ilk üç oyunu sülhlə bitib. Belə ki, "Rəvan" "Sumqayıt"la, "Qarabağ" AZAL-la 1:1, "İnter" isə "Simurq"la 0:0 hesablı heç-heçəyə razılaşıb.

Premyer Liqa
2013/14 mövsümü
XIII tur

10 noyabr
Xəzər Lənkəran - Qəbələ 0:0
Xəzər Lənkəran: 33. Duqlas Leyta, 4. Alvaro Silva, 7. Sadio Tounkara (22. Deyvid Sakkoni, 20/11. Zohair Benouahi, 72), 10. Elnur Abdullayev (9. Uğur Pamuk, 84), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 21. Radomir Todorov, 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 17. Kazım Kazımlı, 23. Nikola Qliqorov.
Baş məşqçi: Con Toşak.
Qəbələ: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 11. Yannik Kamanan, 18. İbrahima Niasse (84. Deyan Kelhar, 37), 31. Daniel Subotiç (9. Viktor Mendi, 68), 34. Ürfan Abbasov, 42. Leonardo da Silva (14. Lorenzo Ebesilio, 55).
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 4. Amid Quluzadə, 22. Lourival Assis, 33. Elvin Camalov.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: Nikola Valentiç, 23 (qeyri-idman hərəkəti). Dodo, 36 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Lənkəran şəhər stadionu. 4000 tamaşaçı.

Neftçi - Bakı 2:1
Qollar: Ernest Nfor, 3. Cavid İmamverdiyev, 45+2 - Erik Ramos, 53 (avtoqol).
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (32. Elvin Yunuszadə, 90+3), 7. Araz Abdullayev, 9. Flavinyo (14. Bahodir Nasimov, 88), 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (1. Pavel Doroşev, 30).
Ehtiyat oyunçular: 4. Tərlan Quliyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Nazim Süleymanov.
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Mario Alvarez, 5. Ruben Qonzales, 6. Vadim Abdullayev (8. Cavid Hüseynov, 53), 7. Əfran İsmayılov (2. Deyvidas Çesnauskis, 35), 11. Rauf Əliyev (k), 12. Etto (20. Mindauqas Kalonas, 70), 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 23. Mario Lukas Horvat.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 15. Alberto Noquera, 19. Marius Pena, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Denis Silva, 18 (qeyri-idman hərəkəti). Cavid İmamverdiyev, 80 (qeyri-idman hərəkəti). Pavel Doroşev, 90+2 (vaxtı uzatdığına görə). Bahodir Nasimov, 90+3 (qeyri-idman hərəkəti) - Etto, 43 (qeyri-idman hərəkəti). Risto Ristoviç, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Saşa Stamenkoviç, 27 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Bakcell Arena". 3000 tamaşaçı.

1

Qarabağ

13

8

4

1

25-8

28

2

Neftçi

13

8

4

1

20-9

28

3

Qəbələ

13

7

2

4

20-13

23

4

Bakı

13

5

3

5

22-16

18

5

İnter

13

5

2

6

21-18

17

6

AZAL

13

4

5

4

12-16

17

7

Simurq

13

3

6

4

11-12

15

8

Xəzər L

13

3

5

5

10-17

14

9

Rəvan

13

1

5

7

8-25

8

10

Sumqayıt

13

1

4

8

6-21

7


Bombardirlər: Əfran İsmayılov (Bakı) - 6. Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Tsxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ) - 5. Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ) - 4.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X