"Bayern Münih"in ulduzu Tomas Müller özünün Lionel Messi ilə müqayisə olunmasının yanlış olduğunu bildirib.
İdman24.az-ın məlumatına görə,argentinalı ulduzun başqa bir səviyyədə futbolçu olduğunu deyən Mülller"Çempionlar Liqasında bir çox qol vurdum. Amma bu məni Messidən güclü edə bilməz.Mən sadəcə klubumun "Nəhənglər Liqası"nda qalib olmasına kömək etdim. Messi başqa bir futbolçudur", deyib.
İdman24.az