Fransa millisinin keçmiş futboçusu patrik Vyera "Mançester Siti" klubunun gənclər heyətinin məşqçisi təyin olunub.
İdman24.az-ın məlumatına görə, klubun baş məşqçisi Roberto Mançininin qovulmasından sonra gənclər heyətinin də məşqçisi Attilio Lombardi də istefa verib. Onun yerinə isə Vyera təyin olunub.
Bu barədə məlumatı fransız veteranın özü məlumat verib.
"Bu mənim həyatımda yeni mərhələdir. Öz vəzifəmi yerinə yetirmək üçün məqam gözləyirəm. Mən həmişə cavan uşaqlarla məşq eləmək istəyirdim və ümid edirəm ki, mənim rəhbərliyim altında buradan əsas komanda üçün əsl ulduzlar yetişəcək" deyə Vyera bildirib.
İdman24.az