"Mançester Yunayted"in keçmiş oyunçusu Dwight Yorkenin Ueyn Runinin klubun ən yaxşı oyunçu oduğunu və onu klubda saxlamalı olduqlarını bildirib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Yorke "Runi hər zaman əla oyunçu oldu. Təkcə bu il zəif oldu. Əminəm ki qısa müddətə öz formasına geri qayıdacaq. Əgər o, "Mançester Yunayted"dən gedərsə, vəziyyət pisləşər. Devid Moyes onu klubda saxlamalıdır", deyib.
İdman24.az