“Real”ın kapitanı Serxio Ramos hücumçuları Kriştiano Ronaldonun Fransa PSJ-sinə mümkün transferi məsələsinə münasibət bildirib.
Qol.Az-ın yaydığı xəbərə görə, o qeyd edib ki, kimin pulu çoxdursa, Ronaldonu ala bilər.
"Ronaldonun qiyməti bir milyard avrodur. Kimin bu qədər pulu varsa, Ronaldonu alsın” – deyə o, zarafatla bildirib.
S.Ramos əlavə edib ki, Ronaldo Madriddə qalmalıdır: “Çünki o, burada xoşbəxtdir”.
Qeyd edək ki, bir müddət əvvəl yayılan xəbərlərə görə, Ronaldonun PSJ-yə transferi 100 milyon avroya başa gələ bilər. Bundan başqa, klubun futbolçunun özü üçün ildə 18 milyon avro verməyə hazır olduğu bildirilib.
Qaynar.info