"Atletico Madrid"in türk oyunçusu Arda Turanın gələn mövsüm də komandada qalacağını meneceri Ahmet Bulut təsdiqlədi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, adı "Fənərbaxça" və "Qalatasaray"la xatırlanan ulduzun meneceri "Ardanın klubu ilə daha iki il sözləşməsi var və bunun sonuna qədər komandada qalacaq. Həm də o, "Madrid"də çox xoşbəxtdir. Gələcək mövsümdə də Çempionlar liqasında mübarizə aparacaq", deyib.
Bulut "Çelsi", "Qalatasaray" və ya "Fənərbaxça"dan transfer təklifi almadıq. Görüşsəydik gizlətməzdik. Ardanın hədəfində Türkiyəyə dönmək yoxdur", söyləyib.
İdman24.az