16:20 20.11.2013 666

Vobay "Neftçi"yə qayıtmaq istəyir - MÜSAHİBƏ

Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şaab" klubunda icarə əsasında çıxış edən "Neftçi"nin futbolçusu Julius Vobayın müsahibəsi
 
- Mövsümün əvvəlindən BƏƏ-nin “Əl Şaab” klubunda oynayırsan. Yeni mühitə və komandaya uyğunlaşa bilmisən?
- Düzünü desəm bura ilk gəldiyim günlər Bakı və oradakı dostlarım üçün daha çox darıxırdım. Yeni insanlarla münasibət qurmağa vaxt lazım idi. Bildiyimə görə buradakı oyunumu Azərbaycanda da maraqla izləyirlər. Sevinirəm ki, məxsus olduğum “Neftçi” klubu da məni daim nəzarətdə saxlayır. Komandamın rəsmi internet səhifəsində burada vurduğum qollar və ötürmələr yerləşdirilmişdi. Həqiqətən bu məni çox ruhlandırır və qürurlandırır. Azərbaycanla BƏƏ-nin təbiəti fərqlidi. Müsəlman olduğum üçün həm Bakıda, həm də burada özümü rahat hiss edirəm. BƏƏ-də müxtəlif millətlərin nümayəndələri var deyə ortaq dil kimi ingilis dili işlənir və buna görə də ünsiyyət problemi yaşamadım. Yeni komandamda da çoxlu dostlarım var.
 
- “Neftçi”nin səninlə daim maraqlandığını dedin, sən necə komandanın oyununu izləyə bilirsənmi?
- Əlbəttə ki, “Neftçi”nin oyunlarından əsas məqamları internet vasitəsilə izləyirəm. Sevinirəm ki, bizimkilər indi də çempionatın liderlər qrupundadı. Etiraf etmək lazımdı ki, Azərbaycan çempionatında mübarizə getdikcə çətinləşir. Amma mənim favoritim təbii ki, “Neftçi”di. Komandada güclü rəqabətin olduğu hiss edilir. Ötən mövsüm mən oynadığım mövqedə, bu il Araz Abdullayev meydana çıxır. Komandaya nə qədər xeyir verdiyi də göz qabağındadı. Ernest Nforun da gözəl oyunu bir afrikalı kimi məni sevindirməyə bilməz. “Neftçi” ən çətin anlarda belə toparlanmağı bacaran komandadı inanıram ki, 4-cü çempionluğu qazanacaq. Bildiyimə görə komandaya yeni baş məşqçi təyin edilib. Nazim Süleymanova da işlərində uğurlar arzulayıram.
 
- BƏƏ-nin çempionatının səviyyəsi necədi və komandanızın çıxışı barədə nə deyə bilərsən?
- Mübarizə baxımından BƏƏ-nin çempionatı Azərbaycan Premyer Liqasına çox bənzəyir. Burada da futbolçular daha çox texnikalı, fərdi oyuna üstünlük verilir. Elə “Neftçi”nin özündə elə futbolçular var ki, burada rahatlıqla çıxış edə bilərlər. Dediyim kimi bir az hava şəraiti fərqlidi, amma ona da uyğunlaşarlar. Demək olar ki, hər oyunda iştirak edirəm və deyim ki, pis də alınmır. Mən çempion komandada çıxış etmişəm və hazırki vəziyyətlə razılaşa bilmərəm. Komanda olaraq hələlik istədiyimiz nəticələri qazana bilməmişik. Rəqibdən üstün olduğumuz bəzi oyunlarda sadəcə bəxtimiz gətirməyib. Fikrimcə, növbəti oyunlarda qələbə qazanaraq turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağıq.

- Vobay “Neftçi” azarkeşlərinin sevimli futbolçularından biri olub və indi də belədi. Bəs “Əl Şaab” tərəfdarlarının sənə münasibəti necədi?
- Harada oynamağımdan asılı olmayaraq çalışıram ki, azarkeşlərin sevgisini qazanım. Əgər onlar səni qəbul etmirsə komandaya xeyrin dəyə bilməz. “Neftçi”də azarkeşlərin bu dəstəyini qazana bilmişdim. İndi Bakıdan çox uzaqdayam amma komanda yoldaşlarımla yanaşı azarkeşlər də məni unutmurlar.
 
- Vobay “Neftçi” ilə qazandığı uğurların davamını gətirmək istəyirmi?
- Niyə də yox. “Neftçi” mənim üçün karyeramın zirvəsidi. Üstəlik müqavilə ilə “Neftçi”yə məxsusam. Amma təkcə mənim qərar verməyim kifayət deyil. Mövsümün sonunda “Əl Şaab” klubu ilə icarə müddəti başa çatır. Bundan sonra karyeramı harada davam etdirəcəyimə də “Neftçi” qərar verəcək. Şəxsi fikrimi bilmək stəyirsinizsə, təbii ki, “Neftçi” ilə avrokuboklarda yeni tarix yazmaq istəyirəm. Həmin hissəri təkrar yaşamaq çox gözəl olardı. Bunun üçün gərək daim ideal formada olasan. Fürsətdən istifadə edib bir daha bütün Azərbaycana salamlarımı yollayıram. İnanıram ki, “Neftçi” mövsümün sonunda çempion olacaq və mən də qayıdıb komandam üçün avrokuboklarda əlimdən gələn köməyi edəcəyəm.

neftchipfk.com
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X