"Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədov yeni mövsümdə də bu komandada qalacaq. Azerisport.az saytına bu barədə paytaxt klubundan məlumat verilib.
Elvin Məmmədov “zolaqlılar”la yeni bir illik müqavilə imzalayıb. Amma tərəflər “1+1” sistemiylə anlaşdığı üçün, yarımmüdafiəçi sonrakı mövsümdə də “Bakı”da qala bilər.
Qeyd edək ki, Elvin Məmmədov 2011-ci ildən "Bakı"nın şərəfini qoyurur.
İdman24.az