Bakı “İnter”inin Avropa Liqasına hazırlıq məqsədilə Avstriyada keçirəcəyi təlim-məşq toplanışında növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bürünc medalçımız Rusiyanın Premyer Liqa təmsilçisi “Krasnodar”la yoxlama oyunu keçirəcək. Bu haqda krasnodarlıların rəsmi saytı məlumat verib.
Belə ki, “Krasnodar” Avstriyadakı ilk hazırlıq prosesində 2 yoxlama oyunu keçirəcək. İyulun 19-da ilk oyunda Ukrayna çempionu “Şaxtyor”la üzləşəcək Svalolyub Muslinin yetirmələri 3 gün sonra bakılılarla qüvvəsini sınayacaq.
Qeyd edək ki, “İnter” Türkiyədəki hazırlığını bu gün I divizion təmsilçisi “Kartalspor”la yoxlama oyunu ilə yekunlaşdırır.
İdman24.az