Futzal üzrə Azərbaycan çempionu "Araz" UEFA Kubokunun "Dördlər finalı"na vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, elit mərhələnin D qrupunda mübarizə aparan təmsilçimiz Portuqaliyanın "Sportinq", Hollandiyanın "Eyndhoven" və "Macarıstanın "Qyor ETO" klublarını yenərək həlledici mərhələyə vəsiqə əldə edib.
Artıq "Dördlər finalı"nın digər üç iştirakçısı da bəllidi. "Araz" kimi İspaniyanın "Barselona", Rusiyanın "Dinamo" və Qazaxıstanın "Kayrat" klubu həlledici mərhələdə iştirak edəcək. Hər 4 komanda "Dördlər finalı"na maksimum nəticə ilə vəsiqə qazanıb.
Fanat.az