Junior Nildonun mövsüm başa çatmadan AZAL-dan gedişi gözlənilməz oldu. Qışda adı bir sıra klublarla yanaşı çəkilsə də, Bakı klubunda qalan braziliyalı «Xəzər Lənkəran»la iki illik müqavilə imzaladı.
Bu AZAL-dan son gediş olmaya bilər. Fanat.az xəbər verir ki, Zohair Benuahinin də komandanı tərk etməsi gözlənilir. Mərakeşli futbolçu ilə Premyer Liqanın daha iddialı klubları maraqlanır.
Benuahinin AZAL-la müqaviləsi bu ay başa çatır və böyük ehtimalla komandadan gedəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2010-cu ildən AZAL-da çıxış edir və meydana çıxdığı 75 oyunda 24 qol vurub.
İdman24.az