18:09 25.11.2013 648

31 Mart Stadionu ideyasına idman jurnalistlərindən dəstək

İdman Araşdırmalar Mərkəzinin (İAM) təşəbbüsü ilə bir qrup idman jurnalisti Quba şəhərindəki Soyqırımı Memorial Kompleksini ziyarət edib. Ziyarətə İAM-ın sədri və “lent.az” saytının əməkdaşı Elşən Məmmədovdan əlavə, ATV-nin əməkdaşları İlkin Fikrətoğlu ilə Sənan Şəfizadə, “İdman Azərbaycan” telekanalının şərhçisi Elnur Məmmədli, “Fanat.az” saytının baş redaktoru Əli Sahib, müstəqil yazar Anar Şabanoğlu qatılıb.

Quba şəhər stadionunun bir hissəsində salınan komplekslə tanışlıqdan sonra jurnalistlər istifadəsiz qalan əraziyə də baxış keçiriblər. Onlar Quba Şəhər Stadionunun 31 Mart Stadionu adlandırılmasına dair İAM-ın bir müddət öncə irəli sürdüyü təklifi dəstəkləyiblər.

İlkin Fikrətoğlu bildirib ki, Soyqırımı Memorial Kompleksinə ziyarətin təşkili və Quba Şəhər Stadionunun 31 Mart Stadionu adlandırılmasına dair təklif təqdirəlayiqdir: “Bu tarix yaşadılmalı və təbliğ olunmalıdır. Quba Şəhər Stadionu bərpa etdirilərək, 31 Mart Stadionu adlandırılmalı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının dünyaya tanıdılmasında təbliğat rolunu oynamalıdır. Bunun üçün FİFA-dan beynəlxalq sertifikat alınmalı, bu arenada beynəlxalq oyunlar keçirilməlidir. Belə oyunlardan öncə qonaq komandanın futbolçuları, hakimlər, FİFA və ya UEFA nümayəndələri, digər əcnəbilər Soyqırımı Memorial Kompleksinə də aparılmalı, erməni vəhşiliyi ilə əyani tanış olmalıdırlar. Dünyada tarixi-siyasi adların verildiyi bir çox stadiona rast gəlmək olar. Məsələn, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günü şərəfinə Ankarada “19 Mayıs”, Osmanlı İmperiyasına qarşı vuruşmuş İskəndər bəyin şərəfinə Albaniyanın Korçe şəhərində “Skenderbeu” stadionu inşa olunub. Memorial Kompleksinin yaxınlığında stadionun inşası barədə fikirləri isə əsassız sayıram. Ona qalsa, Şəhidlər Xiyabanı yaxınlığında avtoralli keçirilməməli idi”.

Əli Sahib də qeyd edib ki, Quba Şəhər Stadionunun bərpa edilməsi və orada ən azı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarından bir neçəsinin salınması yaxşı olardı: “Biz Soyqırımı Memorial Kompleksində olarkən, türkiyəli, çinli, koreyalı qonaqlar da ziyarətçilər arasında idilər. Nəinki mən, hətta əcnəbi qonaqlar gördüklərindən dəhşətə gəldilər. Ermənilərin azərbaycanlılara qarşı 1918-ci il martın sonları-aprelin əvvəllərində, eləcə də 1992-ci il fevralın 26-da törətdiyi soyqırımlar barədə dünyada təbliğat aparırıq. Amma Memarlıq Soyqırımı Kompleksi yaxınlığında insanların kütləvi gediş-gəlişi üçün heç bir obyekt yoxdur. Bu baxımdan, stadionun bərpası məqsədəuyğun olardı. Çünki bu, “Türklər bizə qarşı soyqırımı edib” deyə bağıran, amma ortaya real fakt qoymayan ermənilərə tutarlı cavab olardı. Təsadüfi deyil ki, kütləvi insan məzarlığı Quba Şəhər Stadionu yenidən qurularkən, aşkarlanıb. Əgər AFFA aidiyyatı qurumlar qarşısında məsələ qaldıraraq, Soyqırımı Memarlıq Kompleksi yaxınlığında 31 Mart Stadionunun tikintisinə razılıq alsa, mən federasiyanın bu addımını dəstəkləyərəm. Stadionun tikintisindən sonra isə il ərzində 1-2 beynəlxalq oyun, məsələn, 21 yaşadək yığmamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki matçlarından bir neçəsinin burada keçirilməsi yaxşı olardı. Oyunlardan öncə isə qonaqlar komplekslə tanış olsunlar”.

Anar Şabanoğlu isə hesab edir ki, Soyqırımı Memorial Kompleksi yaxınlığında stadionun bərpası beynəlxalq aləmdə tutarlı təbliğat vasitəsi rolunu oynaya bilər: “Kompleksin yaxınlığında insanların kütləvi gediş-gəlişi üçün hansısa obyekt inşa olunmalıdır. Bu baxımdan, stadionun bərpası ən münasib variantdır. Amma bir şərtlə ki, həmin arenada ölkə daxili yox, beynəlxalq səviyyəli oyunlar keçirilsin. Çünki daxili yarışlar zamanı hüznlə səs-küy uyuşmur. Amma beynəlxalq oyunlardan öncə əcnəbi qonaqlar yaxınlıqdakı komplekslə tanış olduqda, stadionun əhəmiyyəti ikiqat artır. Rəsmi razılıq olarsa, 31 Mart Stadionunda bütün oyunların 1 dəqiqəlik sükutla başlamasını da təklif edərdim”.
İAM-ın sədri Elşən Məmmədov hələ 2 ay öncə AFFA-ya Soyqırımı Memarlıq Kompleksinin 31 Mart Stadionu adlandırılmasına, stadionun bərpasına və beynəlxalq sertifikat alınmasına dair təklif ünvanladıqlarını xatırladıb. Onun sözlərinə görə, AFFA-dan stadionun başqa qurumun balansında olduğu əsas gətirilib və federasiyanın yalnız öz tabeliyindəki idman qurğularına dair məsələ qaldırmaq hüququnun olduğu bildirilib: “AFFA-dan deyirlər ki, bizim stadiondursa, məsələ qaldıra bilərik, deyilsə, qarışa bilmərik. Amma ortada “Bakılı” klubuna məxsus stadionun AFFA-nın balansına keçirilərək, yerində müasir tələblərə cavab verən “Bakcell Arena”nın tikintisinə dair fakt var. İnanırıq ki, federasiya rəhbərliyi acınacaqlı durumda olan Quba Şəhər Stadionunun bərpasına dair müvafiq qurumlar qarşısında məsələ qaldıraraq, həqiqətən də soyqırımı həqiqətlərini tamamlayan, beynəlxalq tələblərə uyğun arenanın inşasına nail olacaq".

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

Facebookdan bizi izləməyi unutmayın.
X