"Biz mübarizə apardıq, oynadıq. Çalışdıq ki, xal qazanaq. Amma olmadı. Hakim Fariz Yusifov buna imkan vermədi”. Fanat.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın kapitanı Samir Abbasov deyib.
"Neftçi" ilə oyunun sonunda qırmızı vərəqə alan futbolçu hadisəni belə şərh edib: "Top Erik Ramosun əlinə dəymişdi. Futbolçu özü də bunu etiraf etdi. Belə olan halda, hakim penalti təyin etməli idi. Amma heç nə etmədi. Mən də ona sərt şəkildə etiraz etdim. Fariz isə məni söydü. Mən də ona ağzıma gələni dedim. Hətta onu döyə də bilərdim. Sevinsin ki, onu döymədim".
futbol11.az