Premyer Liqanın XVI turunda "Bakı"nı qəbul edəcək "Sumqayıt" meydana tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Adil İbrahimov paytaxt klubuna qarşı oynaya bilməyəcək.
Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurması olub. Dünən "Neftçi" ilə keçirilən oyunun 10-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan İbrahimov cəzalı duruma düşüb.
Qeyd edək ki, Adil bundan əvvəl VII turun "Neftçi" ilə oyununun 63-cü (qeyri-idman hərəkəti), VIII turun "Bakı" ilə matçının 62-ci (qeyri-idman hərəkəti) və XI turun "Qəbələ" ilə qarşılaşmasının 37-ci (qeyri-idman hərəkəti) dəqiqəsində sarı vrəqə almışdı.
Fanat.az