Qazaxıstanın Almatı şəhəri Bakıya rəqib olub. Fanat.az xəbər verir ki, "Kayrat" klubu futzal üzrə UEFA Kubokunun "Dördlər finalı"nı keçirmək üçün UEFA-ya ərizə ünvanlayıb.
Hazırda yarışa ev sahibliyi etməyə ən real namizəd Bakı hesab olunur. Belə ki, Azərbaycan çempionu “Araz” ikinci dəfə final yarışına qatılmasına rəğmən, həlledici oyunları evdə keçirməyib. "Dördlər finalı"nın digər iştirakçıları isə müvafiq yarışa ev sahibliyi ediblər. Moskva 2008-ci, Almatı 2011-ci, Barselona 2012-ci ildə "Dördlər finalı"na ev sahibliyi edib. Son qərarı UEFA-nın İcraiyyə komitəsi dekabrın 12-də qəbul edəcək.
Xatırladaq ki, “Araz”, “Barselona”, Kayrat” və “Dinamo”nun iştirak edəcəyi "Dördlər finalı" 2014-cü ilin aprelində baş tutacaq.
Fanat.az