Azərbaycan Kubokunun "Araz" - "Simurq" oyunundan sonra baş məşqçilər fikirlərini bildirib:
Əsgər Abdullayev ("Araz"ın baş məşqçisi): "Rəqib Premyer Liqada "Qarabağ"dan sonra ən az top buraxan komandadı. Oyunun penaltilər seriyasına gedəcəyini düşünürək ciddi hazırlaşmışdıq. Çətin oyun oldu. "Simurq"a qarşıdakı oyunlarında uğurlar arzulayıram".
İqor Getman ("Simurq"un məşqçisi): "Çətin oyun olacağını gözləyirdik. Oyun haqqında danışmaq istəmirəm. Rəqibi təbrik edirəm, gələcəkdə uğurlar arzulayıram".
Fanat.az