"Kubok matçlarında sürprizlər olur. Bu, Azərbaycanda da belədi. Rəqibimizin 1-ci liqadan olması heç nəyi ifadə etmir. Kubok oyunlarında səhvə yol vermək olmaz. Çempionatda bunun əvəzini çıxmaq olar". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Mütxəssis Türkiyə Kubokunda qeydə alınan sürpriz nəticələrlə bağlı danışıb: “Trabzonspor” və “Fənərbaxça”nın mərhələ adlamamağı motivasiyanın azlığındandı. Bundan əvvəl “Qalatasaray” da mübarizəni dayandıra bilərdi. Mən həmin görüşə canlı baxırdım. “Qalatasaray” 2 top fərqilə öndə idi. Oyundan tez çıxdım, evə çatanda artıq hesab 2:2 idi. Rəqiblərimizin ona görə də kim olmasının fərqi yoxdu. Kubok oyunları bir matçdan ibarət olur. Sadəcə, “Araz” növbəti mərhələyə çıxsa da, aşağı dəstə komandalarının burda sürpriz etmək imkanı böyükdü".
Fanat.az