Turnir cədvəlinin son pilləsindən qurtula bilməyən "Sumqayıt"da baş məşqçi dəyişikliyi gündəmə gəlib. Fanat.az xəbər verir ki, 2012/13 mövsümü başa çatdıqdan sonra Bernhard Raabdan bu postu təhvil alan Aqil Məmmədovun qışda irş yerini itirəcəyi deyilir.
Artıq bu posta iki namizədin adı açıqlanır. Hər iki mütəxəssis "Neftçi"nin sabiq baş məşqçisidi. Belə ki, "ağ-qaralar"ı ölkə çempionu etmiş, son olaraq U-19-u çalışdıran Arif Əsədovla Böyükağa Hacıyevin istefasından sonra komandanın başına keçən Tərlan Əmhəmov "Sumqayıt"ın baş məşqçi postuna namizəd göstərilir.
Xüsusən Arif Əsədov bu postda daha real namizəd hesab olunur. AFFA U-19-dan ayrılan mütəxəssisi "Sumqayıt"ın başına keçirməyi planlaşdarır. Onun yığmadan məhz bu səbəbdən ayrıldığı deyilir.
Fanat.az