13:04 08.12.2013 783

Tural Axundov: "Hakimin o qərarı səhv idi" - MÜSAHİBƏ

Bu mövsüm “Simurq”un transfer etdiyi yerli futbolçular içərisində ən çox seçilənlərdən biri Tural Axundovdu. Qısa bir zaman ərzində komandaya uyğunlaşan və əsas heyətin dəyişilməz üzvünə çevrilən Turalın müsahbəsini təqdim edirik.
 
- İlk sualım “Simurq”a gəlməyin haqqında olacaq. Necə oldu ki, bizim komandanı seçdin?
- Ötən mövsümün sonunda “Rəvan”la müqaviləmin vaxtı bitdi. Məndə keçmiş komandamın rəhbərliyi ilə danışdım və bildirdim ki, getmək istəyirəm. Oda əgər yaxşı təklifimin olacağı halda, məni buraxacağı bildirdi. Həmin vaxt iki-üç komandadan dəvət var idi. Mən isə seçimimi “Simurq”dan yana etdim. Buna görədə peşman deyiləm.
 
- İlk vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkdin. Ancaq hazırda stabil oynayırsan. Hazırkı durumun səni qane edirmi?
- Təbii ki, yeni gələndə məşqçilər məni komandaya uyğunlaşdırmağa çalışdırırdı. Bu səbəbdən ilk turlarda əvəzetmələrdən şans verirdilər. Hazırda isə, şükürlər olsun ki, “Simurq”un oyun üslübuna tam uyğunlaşa bilmişəm və mənə inanıb əsas heyətdə meydana buraxırlar. Məndə öz növbəmdə çalışıram ki, onların inamını doğrulda bilim.  
 
- Artıq 15 tur geridə qalıb. Hazırkı nəticəni “Simurq” üçün necə dəyərləndirirsən?
- Çox təəssüf ki, bir neçə oyunda vacib xallar itirdik. Həmin qarşılaşmalarda istədiyimiz nəticələri qazana bilmədik. Ancaq biz öz gücümüzə inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərib, layiq olduğumuz pilləyə qalxacayıq.
 
- Ölkə kubokunda təəssüf ki, istəmədiyimiz nəticə oldu. Səncə “Araz”a məğlub olmağımıza səbəb nə oldu? Komanda olaraq bizlər bu oyundan sonra nədən dərs almalıyıq?
- Birinci növbədə meydançanın bərbad vəziyyətdə olmasını qeyd edərdim. Orada furbol oynamaq qeyri-mümkün idi. Əgər bu görüş başqa bir meydanda keçirilsəydi, biz “Araz”ı çox rahatlıqla keçərdik. Artıq bu oyun bizim üçün geridə qaldı. Bütün diqqətimizi çempionata verməliyik ki, rəhbərliyin bizim qarşımıza qoyduğu nəticəni göstərə bilək. Bu oyunda dərs almalı olduğumuz çox şey var idi. “Araz”da zəif komanda deyil. Ancaq hər nə olur olsun, bu oyunda biz qalib gəlməliydik. İnşallah, Premyer Liqada qazandığımız nəticə ilə bu məğlubiyyəti unutdurarıq.
 
- Bu görüşdə qırmızı vərəqə aldın. Hakimin bu qərarın necə dəyərləndirirsən?
- İlk sarı vərəqədə görüşün baş hakimi Orxan Məmmədovun qərarı ilə razıyam. Ancaq ikinci ilə yox. Çünki həmin vaxt sarı vərəqə ilə cəzalanmamalıydım.  Hətta oyunu saxlayıb məni cəzalandıranda çox təəccübləndim. Fikrimcə, hakimin o qərarı səhv idi.       
 
- Sizi “Qəbələ” ilə çətin oyun gözləyir. Bu görüş haqqında nə düşünürsən?
- Biz bura yalnız qələbə üçün gəlmişik. Çünki başqa şansımız qalmayıb. İnanıram ki, sonda üç xalı qazanan tərəf biz olacayıq. Özümüzü toparlamaq üçün bu bizim üçün vacib amildi.
 
- Zaqatalaya uyğunlaşmaqda çətinlik çəkmirsən?
- Təbii ki, yox. Zaqatalada Azərbaycanımızın gözəl guşələrindən biridi. Məşqimizi edirik. Boş vaxtlarımızda çıxıb şəhəri gəzirik. Burada bizim üçün hər bir şərait yaradılıb. Bu baxımdanda heç bir çətinlik çəkmirəm.
 
- “Simurq” hazırda çempionatda azarkeşlərilə də, fərqlənir. Komandanın kapitanlarından biri olaraq, onlara nə deyərdin?
- Onlardan istəyimiz budur ki, bizi sona qədər dəstəkləsinlər. Çalışacağıq ki, onları sevindirən nəticələr qazanaq. Qələbələrimizi birlikdə qeyd edək. Komandaya inansınlar. Hər bir nəticədə bizi yalnız buraxmasınlar.

simurqpfk.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X