“Bakı”nın baş meneceri Zeynal Məmmədov Portuqaliyaya yollanıb.
İdman24.az xəbər verir ki, səfərdə məqsəd bu ölkənin “Porto” klubunun rəhbərliyi ilə görüşlər keçirməkdi.
Görüşdə iki klub arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Əgər danışıqlar müsbət nəticə versə, “Porto” “Bakı”nın Avropadakı üçüncü əməkdaşlıq etdiyi klub olacaq. Məmmədov vətənə sabah qayıdacaq.
Qeyd edək ki, “Bakı” İspaniyanın “Atletico” və Fransanın “Lans” klubları ilə də əməkdaşlıq edir.
İdman24.az