16:41 12.06.2013 930

Böyükağa Hacıyev: ""Neftçi"yə ulduz futbolçu lazım deyil"

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
 
- Çempionlar Liqasına hazırlıq planlarınız necə olacaq?
- İyunun 19-da Avstriyaya təlim-məşq toplanışına yollanacağıq. Orda iki həftə hazırlıq keçəcəyik, bir neçə yoxlama oyununda qüvvəmizi sınayacağıq. İlk həftədə istirahət olmayacaq. Toplanış dövründə altı sınaq matçı keçirməyimizi istəyirəm. İlk rəqib ortabab komanda olsa, daha yaxşı olardı. Amma qalanları güclü komandalar olmalıdı. İyunun 24-də ÇL-in ikinci təsnifat mərhələsindəki rəqibimiz müəyyənləşəcək. Ondan sonra məhz bu oyuna hazırlaşacağıq. Rəsmi oyunlara qədər hazır olmaq çox vacibdi.

- “Neftçi”ni püşkatma mərasimində kim təmsil edəcək?
- Özüm iştirak etmək istərdim. Amma belə vacib bir dönəmdə komandamı diqqətdən kənarda qoymaq istəmirəm. Ona görə böyük ehtimalla, bu mərasimə klubun vitse-prezidenti Tahir Süleymanov yollanacaq. Mümkün rəqiblərdən ən optimalı ilə qarşılaşmağımızı istərdim.
 
- Deməli, startda güclü rəqiblə qarşılaşmaq istəmirsiz?
- Bu, istirahətdən sonra futbolçularımızın ilk vacib oyunu olacaq. Belə uzun fasilədən sonra dərhal yüksək səviyyəli oyun sərgiləmək həmişə ağır olur. Uşaqların özlərinə gəlməsi üçün vaxt lazımdı. Həm də yəqin ki, komandaya yeni oyunçular gələcək və onların da uyğunlaşmasına zaman lazımdı. Amma istənilən rəqiblə oyuna hazır olmalıyıq. Mümkün qədər yaxşı çıxış etmək istəyirik. Bunun üçün isə yolumuza çıxan hər rəqibə qalib gəlməyi bacarmalıyıq.
 
- “Neftçi”nin qarşısına konkret hansı hədəf qoyulub?
- “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda yeni tarix yazdı. İndi də Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Çoxları bunu mümkünsüz hesab edir. Amma biz heyəti gücləndirsək, ÇL-in qrupuna düşə bilərik. Klub prezidenti Sadıq Sadıqov komandadan həmişə maksimum nəticə tələb edir. O, “Neftçi”nin hər mövsüm azarkeşlərini sevindirməsini istəyir.

- Nikolas Kanales, Julius Vobay və Erik Ramosla danışıqlar nə yerdədi?
- “Neftçi” onların hər üçünün komandada qalmasında maraqlıdı. Hələlik danışıqlar davam edir. Hər şeyə bu həftə aydınlıq gəlməlidi. İndi onlardan hansının qalacağına, hansının gedəcəyinə dair əminliklə bir söz demək mümkün deyil. Bu futbolçular komandamız üçün çox iş görüblər. Yenidən komanda formalaşdırmaq istəməzdik. Komandanın özəyini saxlamaq üçün əlimizdən gələni etməliyik. Yeni mövsümdə əsas zərbə qüvvəmiz də məhz bu olmalıdı.

- Bəs onlar “Neftçi”ni tərk etsələr necə olacaq?
- Komanda 2-3 futbolçudan asılı olmamalıdı. “Neftçi”də hər bir futbolçunun öz yeri var. Hazırda bir sıra legionerlərlə də danışıqlar aparırıq. Yeni gələnlərin hər biri komandada layiqli əvəzləyici olacaq. Odu ki, kiminsə getməsindən qorxmuruq.

- Kanalesin “Neftçi”nin əzəli rəqibi “Xəzər Lənkəran”a keçəcəyi barədə söhbətlər dolaşır...
- Ondan başlayaq ki, Kanales onun uğurlarında “Neftçi”nin rolunu unutmamalıdı. Çoxları onun komandamızda oynamağa başlayarkən hansı vəziyyətdə olduğunu yaxşı xatırlayır. Əgər o, “Xəzər Lənkəran”a keçsə, uğurlar arzulayacağıq. “Neftçi” isə öz yeni Kanalesini yaradacaq. Onun istənilən qərarı vermək hüququ var. Amma fikrimcə, Kanales də onun üçün etdiklərimizi unutmamalıdı.
 
- Səs-küylü transferlər gözləməyə dəyər?
- “Neftçi”yə ulduz futbolçu lazım deyil. Ondansa 2-3 yüksək səviyyəli oyunçu almağımız daha məsləhətlidi. Onsuz da heyətimizdəki hər bir futbolçu özünə görə ulduzdu.
 
- Siz bu yaxınlarda Moskvadan qayıtmısız. Həkimlər səhhətinizlə bağlı nə dedilər?
- Hər şeyin qaydasında olduğunu bildirdilər. Müayinələr yaxşı keçdi. Özümü işləməyə hazır hiss edirəm. Moskvadan döndükdən sonra işləməyə daha həvəsliyəm.
 
- “Neftçi” son mövsümdə qızıl dubl etdi. Bundan sonrakı hədəfləriniz nədən ibarətdi?
- “Neftçi” bununla kifayətlənməyəcək. Komanda qarşısına hər mövsüm yüksək vəzifələr qoyur. Həmişə çempionluğa oynamışıq, yenə də elə olacaq. Unutmayın ki, iştah yemək yeyəndə gəlir.

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X