Kaxaber Tsxadadze "Sumqayıt"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi komandasının rəqibdən üstün olduğunu deyib:
"Qələbə qazanmaq vacib idi. 3 xalı qazandığımız üçün şadam. Komandamı təbrik edirəm. “Sumqayıt” əsasən gənc futbolçulardan təşkil olunub, sevindirici haldı ki, sonadək mübarizə apardılar, əzmkar oyun göstərdilər. Lakin bu gün “İnter” rəqibindən üstün idi".
Fanat.az