"Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov zədələnib. Fanat.az xəbər verir ki, müdafiəçi "İnter"lə oyunda sıradan çıxıb.
Meydana start heyətində çıxan Vurğun ilk yarıda zədə alıb və 45+1-ci dəqiqəçdə Kərim Diniyev tərəfindən əvəzlənib. İlkin ehtimallara görə, müdafiəçinin zədəsi ciddi deyil. Amma Hüseynovun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Fanat.az