Türkiyənin "Adanaspor" klubunun vitse-prezidenti Nurəddin Koçun ölkəmizə gəlməsi ilə bağlı xəbər vermişdik. Klub rəsmisi dünən "İnter" - "Sumqayıt" matçını izləyərək, futbolçu bəyənməyə çalışıb.
Fanat.az-ın əldə etdiyi məlumata görə, Nurəddin Koç artıq bir futbolçumuzu bəyənib. Belə ki, "İnter"in üzvü Abdulla Abatsiyev "Adanaspor" rəsmisinin maraq dairəsinə düşüb. PTT 1-ci liqa təmsilçisi yaxın günlərdə gənc futbolçu və klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, "Sumqayıt"la matçda meydana start heyətində çıxan və 32-ci dəqiqədə hesabı açan Abdulla son dəqiqələrdə əvəzlənib.
Fanat.az