"Adanaspor"un baş məşqçisi Levent Erişi Bakıya gəlir. Fanat.az xəbər verir ki, türk mütəxəssis ölkəmizə bəzi futbolçuların oyununu canlı izləmək üçün səfər edəcək.
Belə ki, ölkəmizdə səfərdə olan "Adanaspor"un vitse-prezidenti "İnter" - "Sumqayıt" və "Neftçi" - "Qəbələ" oyunlarını izləyərək bir neçə futbolçunu bəyənib. Həmin oyunçuları komandanın baş məşqçisi Levent Eriş də iş başında görməlidi. Bu səbəbdən çalışdırıcının dekabrın 20-də Bakıya gələrək "Qarabağ" - "İNter" oyununu canlı izləməsi gözlənilir.
Fanat.az