Topaz Premyer Liqasında ilin və II dövrənin son tutunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, son turun oyunları eyni gündə - dekabrın 20-də baş tutacaq.
Tura saat 13.00-da Qəbələdə start veriləcək. Şəhərin eyni adlı təmsilçisi "Bakı"nı qəbul edəcək.
Saat 15.00-da iki matç baş tutacaq. "Sumqayıt" "Xəzər Lənkəran"ın, "Neftçi" AZAL-ın qonağı olacaq. Bundan bir saat sonra "Rəvan" - "Simurq" qarşılaşmasına start veriləcək.
Tura, ikinci dövrəyə və həm də Premyer Liqada 2013-cü ilə saat 17.00-da başlayacaq "Qarabağ" - "İnter" matçı ilə yekun vurulacaq.
20 dekabr
Qəbələ - Bakı
Qəbələ səhər stadionu. Saat 13.00.
Xəzər Lənkəran - Sumqayıt
Lənkəran şəhər stadionu. Saat 15.00.
AZAL - Neftçi
"AZAL Arena". Saat 15.00.
Rəvan - Simurq
"Bayıl Arena". Saat 16.00.
Qarabağ - İnter
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
Fanat.az