AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclası qapalı olacaq. Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
İcraiyyə Komitəsində qəbul olunacaq qərarlar, iclasda çəkilmiş fotolar www.affa.az saytında, videomaterial isə www.affavideo.az saytında yerləşdiriləcək. Həmçinin videogörüntülər televiziyalara təqdim olunacaq.
Fanat.az