AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında çempionatın XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Bakı" ilə oyunun 90+2-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Eyvaz Mərdanov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə olunub.
"Neftçi" ilə matçın 51-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Ruslan Bədəlov, "Xəzər Lənkəran"la oyunun 71-ci dəqiqəsində isə "Rəvan"ın futbolçusu Cəmil Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki oyunçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimə edilib.
Fanat.az