"Polşa Futbol Assosiasiyasından bizə yoxlama oyunu keçirməklə bağlı təklif daxil olmayıb". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib Polşa və Azərbaycan yığmasının Dubayda yoxlama oyunu keçirəcəyi ilə bağldı xəbərləri təkzib edib: "Futbolda müxtəlif şirkətlər var. Onlar birbaşa federasiyalarla işləyir. Yəqin ki, polşalılarla əməkdaşlıq edən həmin şirkət onlara mənfi cavab vermək istəməyib. Ancaq bizim onlarla danışığımız olmayıb".
Məmmədov Qırğızıstanla yenidən yoldaşlıq oyunu keçirməyin mümkün olduğunu bildirib: "Bu oyun mart və iyunda ola bilər. Ancaq hələ bu federasiya ilə də danışıqlara başlamamışıq".
Fanat.az