"Berti Foqtsun qarşısına çox sərt şərtlər qoyuldu". Fanat.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.
Veteran futbolçu alman çalışdırıcının qarşısına qoyulan şərtləri açıqlayıb: "O, ayın 21 gününü Azərbaycanda keçirməlidi. Premyer Liqanın oyunlarını daha çox izləməldi. Ən əsası isə yığmamız AÇ-2016-nın seçmə mərhələsində qitə birinciliyinə vəsiqə uğrunda mübarizə aparmalıdı".
Fanat.az