Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.
İcraiyyə Komitəsinin qərarına əsasən, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması lisenziyalaşdırma prosesində A dərəcəli meyar (mütləq) kimi qəbul olunacaq.
Fanat.az