AFFA və Moldova Futbol Federasiyası (FMF) yoldaşlıq oyunu keçirməklə bağlı razılıq əldə edib. Fanat.az xəbər verir ki, bu barədə FMF-nin rəsmi saytı məlumat yayıb.
Razılığa əsasən iki ölkənin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları qarşılaşacaq. Matç gələn ilin 5 martında keçiriləcək. Yoldaşlıq matçına Tiraspoldakı "Şerif" stadionu ev sahibliyi edəcək.
Qeyd edək ki, iki komanda bu günədək 7 oyun keçirib. Moldova 3, Azərbaycan 2 qələbə qazanıb, 2 matç sülhlə bitib. Top fərqində də moldovalıların üstünlüyü var - 9:7.
Fanat.az