Bu gün "Qarabağ" reqbi klubunun uzun fasilədən sonra ilk məşqi "ASK Arena" stadionunda keçirilib.
Fanat.Az xəbər verir ki, məşq prosesinə ən aşağı yaş qrupunun uşaqları cəlb olunub. Reqbidə ilk addımlarını atan balaca idmançılara dəstək vermək üçün klubun məşqçiləri Nizami Mahmudov və Nəsir Axundovdan savayı məşqdə reqbi üzrə Azərbaycan milli yığma komandasının üzvləri olan İlqar Qubadov, Pərvin Keyqubadi və digər təcrübəli oyunçular da iştirak ediblər.
"Qarabağ"ın heyətində bir neçə il bundan əvvəl Bakı birinciliyinin qalibi və beynəlxalq turnirlərin mükafatçıları olmuş Kamran Axundov və Nicat Mehdiyev də kiçik komanda yoldaşları ilə əyləncəli məşq prosesində iştirak ediblər.
Fanat.Az