16:00 01.01.2014 691

Şahin Diniyev “At”lardandanışdı - MÜSAHİBƏ

At ilinə qədəm qoyduq. Hamı kimi futbolmütəxəssislərimiz də. Amma onların arasında elələri var ki, həyatlarına elə At ilindən başlayıblar. Azərbaycan milli komandasının sabiq, “Rəvan”ın hazırkı baş məşqçisi Şahin Diniyev kimi. O, 1966-cı il iyulun 12-də anadan olub. Bu il 48 yaşı tamamlanacaq təcrübəli mütəxəssis müsahibəsində “At”lardan danışıb..
 
- Ümumiyyətlə, 12 heyvanlı təqvimlə maraqlanmısınız?
- Doğrusu, məlumatım yoxdu. Maraqlanmağa vaxtım olmayıb, bunu astroloqlar daha yaxşı izah edə bilər. Bir şeyi bilirəm ki, Allahın qoyduğu qanuna heç bir heyvan, heç bir varlıq mane ola bilməz. Hər şeyin başında Allah durur. Yəni, mən belə iddiaları ciddi qəbul etmirəm.
 
- 2002-ci il də At ili idi. Həmin ili necə xatırlayırsınız?
- Həmin il mən “Qarabağ”ın baş məşqçisi idim. Bu vəzifəyə 2001-ci ilin avqustunda təyin olunmuşdum. Amma 2002-ci ildə nəinki futbolumuzda uğur, ümumiyyətlə, futbol yox idi. Məlum hadisələr üzündən AFFA-nın bayrağı altında keçirilən çempionat 13 ayadək dayanmışdı. Həmin At ilində futbolumuzda durğunluq idi. Yəni, pis dövrə düşdü. Bunun bir daha təkrarlanmasını arzulamıram.
 
- Bəs 1990-cı il yadınızda necə qalıb?
- Həmin il də xalqımıza böyük faciə üz verib. 20 yanvar hadisələri olub. O ildə də yaxşı bir şey görmürəm. Bu, faciəli tarix idi. Amma həmin il futbol aləmində uğurlarım olub. Çox yaxşı futbol oynayırdım. Legioner həyatı sürürdüm. 1990-cı ildə Moldova “Nistru”sunun heyətində SSRİ çempionatının I dəstəsində çıxış edirdim. Elə həmin il Rusiya “Fakel”inə keçdim. Futbolçu kimi problemlə üzləşmirdim. Amma ən yaxşı dövrüm 12 yaşımda olub. Ümid edirəm ki, 48 yaşıma təsadüf edəcək 2014-cü il də daha yaxşı olacaq.
 
- 1978-ci ildə nə baş vermişdi ki, həmin ili uğurlu adlandırırsınız?
- Həmin il uşaq idim. Öz sahəm üzrə çalışmırdım. Sadəcə, kiçik problemlərim vardı: dərs oxumaq, “5” almaq. Həqiqətən də yaxşı oxuyurdum, əlaçı idim.
 
- Amma doğum iliniz Azərbaycan futbolu tarixində ən uğurlu dövrə təsadüf edir. 1966-cı il SSRİ çempionatında “Neftçi”nin bürünc medal qazanmasından neçə yaşınızda xəbər tutdunuz?
- Bunu orta məktəb illərində eşitmişdim. Lakin 1966-cı ilin futbolumuz üçün nə qədər uğurlu olduğunu ilk dəfə 1983-1984-cü illərdə Anatoli Banişevskidən öyrəndim. Həmin vaxt Banişevskinin rəhbərliyi altında Mingəçevirin “Avtomobilçi” komandasında məşq edirdim. Onun işinə yaxından bələd olduqca anladım ki, doğrudan da ən uğurlu dövrün ən böyük qəhrəmanının rəhbərliyi altında çalışıram.
 
- Ailənizdə sizdən başqa At ilində doğulanı var?
- Nəinki ailəmizdə, ən yaxın qohumlarımız arasında da beləsi yoxdu.
 
- Növbəti ildən nə gözləyirsiniz?
- Yeni İllə bağlı arzularımı 3 yerə bölərdim. Əvvəla, ailə, dost-tanış, qohum-əqrəbalarımdan heç kimin səhhət sarıdan əziyyət çəkməmələrini diləyirəm. Çalışdığım sahədə iddialı bir “Rəvan”ı formalaşdırmağı çox istərdim. Vətənlə bağlı arzum isə Qarabağın Azərbaycana qovuşması, qayıtmasıdı.
 
- “At muraddı” deyiblər...
- Atın xüsusiyyətlərini bilirəm. At hər cəhətdən insanlara yaxındı. İt və at ən sadiq heyvanlardı. Həm də at - arzu, muraddı. Azərbaycan tarixində olan qəhrəmanların bu adı qazanmasında atların böyük rolu olub. At qəhrəmanlıq simvoludu.
 
- 2014-cü ilin At ili olması səbəbindən arzularınızın yerinə yetəcəyinə ümid edirsiniz?
- İnsanda ən böyük inam Allaha olmalıdı. Dalınca gələn bəzi xırda məsələlər isə ümidlərdi. İnsan həmişə çətin vəziyyətdə olduqda ümidlərə, qurduğu xəyallara, gələcək uğurlara daha çox bel bağlayır. Amma mən deyə bilmərəm ki, bu il hamıya uğur gətirəcək. Həm həyatda, həm də idmanda bəxt də böyük amildi. Xüsusən, məşqçi üçün.
 
- Özünüzü nə qədər bəxtli insan sayırsınız?
- Hər insana Allah tərəfindən şans verilir. Sadəcə, bu şansları dəyərləndirmək qabiliyyəti olmalıdı. İndiyədək nəyə nail olmuşamsa, özüm qazanmışam. Kənar qüvvələr sayəsində yox, öz savadım, öz ağlım, öz işim, öz oyunum hesabına əldə etmişəm. Mən özümü xoşbəxt sayıram ki, məhz bu amillər sayəsində buradək gəlib çatmışam. 13 yaşımda Bakıya gəlmişəm. Ailəmiz rayonda, özüm də azyaşlı... Ondan sonra öz həyatımı özüm qurmuşam. Şükür Allaha, indi isti ocağım da, ailəm də var. Bunlara nail olduğum üçün özümü xoşbəxt sayıram. Uğurlarımı bəxt amili ilə izah edərdim. Uğur da, uğursuzluq da bəxtdən irəli gəlir. Hər bir insanın həyatında ağ və qara xətlər olur. Fikrimcə, mənim həyatımda daha çox ağ xətt var. Bura qədər gəlib çatdığım üçün özümü xoşbəxt sayıram. 

lent.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X