"Rəvan"ın yoxlama oyunu keçirəcəyi iki rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, "sarı-qırmızılılar" yanvarın 5-dən 12-dək "Dalğa Arena"da baş tutacaq toplanış çərçivəsində Şahin Diniyev yetirmələrini iki oyunda sınayacaq.
Yanvarın 10-da "Rəvaş" Premyer Liqanın autsayderi "Sumqayıt"la üz-üzə gələcək. İki gün sonra isə rəqib I divizionun lideri "Araz" olacaq.
Qeyd edək ki, "Rəvan" yanvarın 12-də Bakı toplanışını bitirərək Antalyaya yola düşəcək. 14-26 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcək komanda 4 matçda gücünü sınayacaq.
Fanat.az