"Xəzər Lənkəran" ikinci transferini reallaşdırıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, Lənkəran klubu Orxan Əliyevi heyətinə qatıb.
Bu gün tərəflər arasında rəsmi müqavilə imzalanıb. Anlaşmaya əsasən "Sumqayıt"dan gələn futbolçu qarşıdakı iki ildə "Xəzər Lənkəran"ın formasını geyinəcək.
Qeyd edək ki, Orxan Əliyev "Sumqayıt"ın yetirməsidi. 18 yaşlı yarımmüdafiəçi 47 oyunda 10 qol vurub. Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan futbolçu cari mövsümdə 10 oyuna çıxıb, 675 dəqiqə oynayıb və 1 qol vurub.
Onu da qeyd edək ki, "Xəzər Lənkəran" Orxandan əvvəl müqavilə ilə "Neftçi"yə məxsus olan, icarə əsasında "Sumqayıt"da çıxış edən Slavik Alxasovu heyətinə qatmışdı.
Fanat.az