18:54 06.01.2014 797

Ələkbər Məmmədov: “Eysebio ilə konyak içdim” - XATİRƏ

AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov yanvarın 5-də dünyasını dəyişmiş məşhur portuqaliyalı futbolçu Eysebio barədə xatirələrini bölüşüb. Azərbaycanın 84 yaşlı veteran futbolçusu Lent.az-a açıqlamasında Mozambik əsilli hücumçu ilə yaşıl meydanda 1989-cu ildə üz-üzə gəldiyini bildirib.
 
Məmmədovun sözlərinə görə, bu, SSRİ yığmasının və Moskva “Dinamo”sunun mərhum qapıçısı Lev Yaşinin 60 illik yubileyi münasibətilə təşkil olunmuş matça təsadüf edib. Avqustun 10-da baş tutmuş oyunda “Dinamo” ilə dünyanın veteranlardan ibarət komandaları üz-üzə gəlib: “Bu görüşdə mən Eysebioya qarşı çıxış etdim. 2:1 hesabı ilə öndə olduğumuz vaxt o, güclü zərbə ilə matçın son nəticəsini təyin etdi - 2:2. Oyundan sonra ziyafət təşkil olundu. Həmin ziyafətdə mən Eysebio ilə konyak və çay içdim. Mənə verilən dünya yığmasının vımpelinə o da imza atdı”.
 
İngiltərədə keçirilmiş 1966-cı il dünya çempionatında isə veteran futbolçumuz portuqaliyalı ulduzun oyununa canlı tamaşa edib. Həmin mundiala Məmmədov 13 nəfərlik nümayəndə heyətinin tərkibində fəxri qonaq qismində qatılıb. Həmyerlimiz 48 il öncə keçirilmiş çempionatda Eysebionun çıxışını belə xatırlayır: “İyulun 28-də “Uembli” stadionunda 87 min tamaşaçının izlədiyi 3-cü yer uğrunda görüşdə SSRİ və Portuqaliya yığmaları üz-üzə gəlirdi. İlk qolu görüşün əvvəllərində penaltidən məhz Eysebio vurdu. Portuqaliya millisi matçı 2:1 hesablı qələbə ilə başa vuraraq, tarixində ilk və yeganə dünya “bürünc”ünə sahib çıxdı. Bu qarşılaşmada mərhum futbolçumuz Anatoli Banişevski də çıxış edirdi”.
 
Məmmədovun sözlərinə görə, həmin dünya çempionatında daha çox 2 nəfər haqqında danışıblar. Bunlardan biri İngiltərə və Almaniya yığmaları arasında keçirilmiş final matçında meydan sahiblərinin futbolçusu Ceffri Herstin əlavə vaxtın 11-ci dəqiqəsində endirdiyi zərbəni qol kimi qeydə almış Tofiq Bəhramov olub. Digəri isə gözəl oyunu və güclü zərbələri ilə seçilən Eysebio imiş. Təsadüfi deyil ki, mərhum forvard 1966-cı il mundialında komandasına tarixi uğur qazandırmaqla yanaşı, 9 qolla bombardir sayılıb.
 
Veteran futbolçumuzun fikrincə, Portuqaliya yığmasının sabiq hücumçusu heç də Pele və Dieqo Maradonadan zəif deyildi: “Dünya futbolunun bütün dövrlər üzrə ən güclü 5 hücumçusu seçilsəydi, əminəm ki, Eysebio bu siyahıda mütləq yer alardı. O, milyonların qəlbində taxt qurmaqla, sağlığında Lissabondakı “Benfika” klubuna məxsus “Da Luj” stadionunda 50 illik yubileyi şərəfinə ucaldılan abidəni haqq etmişdi. Onun kimi ulduzlar 50 ildə bir dəfə yetişir”.
 
Eysebio ölümündən təxminən 4 ay öncə Azərbaycan yığmasının “bostanına da daş atmışdı”. O, Portuqaliya yığmasının heyətində daha çox - 47 qol vurmuş Kriştianu Ronaldo ilə müqayisə edilməsini səhv addım adlandırmışdı: “Mən yığmada 64 oyuna 41 qol vurmuşam. Ronaldo isə 100-dən çox oyun keçirib. Həm də mən Lixtenşteyn və ya Azərbaycana qarşı heç vaxt oynamamışam. Belə müqayisələr mənə pis təsir edir. Çünki mənimlə Ronaldonun məhsuldarlığını müqayisə etmək olmaz”.
 
Məmmədov isə mərhum futbolçunun yığmamızla bağlı açıqlamalarına münasibət bildirmək istəməyib: “Futbolda Portuqaliya və Azərbaycan yığmalarının hərəsinin öz yeri var. Bu iki komanda arasında müqayisə aparmaq düzgün olmazdı. Eysebionun açıqlamasına isə münasibət bildirmək istəmirəm. Mən dünyasını dəyişmiş insanı dərin hüznlə anıram, belə bir məqamda onun nə deyib-demədiyini müzakirə etmək fikrində deyiləm”.
 
Qeyd edək ki, Euzebiu da Silva Ferreyra 25 yanvar 1942-ci ildə anadan olub. Mozambik əsilli olsa da, 1961-ci ildə “Benfika” klubunun seleksiyaçıları tərəfindən üzə çıxarılaraq, Portuqaliyaya gətirilib. Elə həmin il o, Portuqaliya millisinə cəlb olunub və bu komandada 12 ilədək çıxış edib. “Benfika”da isə 15 ilədək forma geyinmiş Eysebio 301 matçda 317 dəfə fərqlənib.
 
Məşhur forvard 1966-cı il dünya çempionatındakı bürünc medalla yanaşı, “Benfika”nın heyətində 11 dəfə Portuqaliya çempionu, 5 dəfə ölkə kubokunun və 1 dəfə Çempionlar Kubokunun qalibi olub. 1954 - 2003-cü illərdə Portuqaliyanın ən yaxşı futbolçusu seçilərək, UEFA-nın 50 illik yubileyi münasibətilə təsis olunmuş mükafata, 1965-ci ildə “Qızıl top”a, 1968 (42 qol) və 1973-cü (40 qol) illərdə “Qızıl buts”a sahib olub. 2 dəfə Portuqaliyanın ən yaxşı futbolçusu, 7 dəfə Portuqaliya çempionatının, 3 dəfə Çempionlar Kubokunun ən yaxşı bombardiri sayılıb.       
  
Eysebio ötən gün ürək tutmasından vəfat edib. Onun cənazəsi dəfn edilmək üçün yanvarın 6-da “Da Luj” stadionu yaxınlığından götürüləcək. Əfsanəvi futbolçunun ölümü ilə əlaqədar Portuqaliyada 3 günlük matəm elan olunub.

Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X