İngiltərənin "Arsenal" klubunun yeni prezidenti müəyyənləşib.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, səhhətində problemlər olduğu üçün klubdan ayrılma qərarı alan Piter Hill-Vudu Çips Kesvik əvəzləyib.
Yeni prezident verdiyi ilk açıqlamada London klubunun rəhbəri olduğu üçün qürur hissi keçirdiyini deyib: "Klubun ən yaxşı uğurlar əldə etməsi üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, 77 yaşlı Hill-Vud 1982-ci ildən “Arsenal”ın prezidenti idi.
İdman24.az