Fransanın “Lans” klubu Azərbaycanın “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən açıqlayıb. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı press-reliz yayıb.
Bu arada Fransa mətbuatı maraqlı fakt açıqlayıb. Belə ki, Hafiz Məmmədovun “Lans”la danışıqlar uğurla nəticələnəcəyi təqdridə bu kluba 25 000 000 dollar qazandıracağı bildirilir. Həmyerlimiz komandanın maliyyə durumununu yaxşılaşdırmağa çalışacaq. “Lans”ın qarşısına isə Liqa 1-ə qayıtmaq hədəfi qoyulacaq. Komandanın baş məşqçisi postuna tanınmış mütəxəssisin dəvət olunması da istisna deyil.
İdman24.az