14:32 07.01.2014 588

Mircavadov "Rəvan"ı ələ saldı, Abdullayev "ağılsız" dedi

"Rəvan"ın Şahin Diniyevlə yollarını ayırdığı barədə xəbər vermişdik. Klub Diniyevin yerinə türkiyəli mütəxəssis Güvenç Kurtarı gətirdi. Mövsüm ərzində 3 məşqçi ilə yollarını ayıran “Rəvan”, futbol ictimaiyyəti arasında özü üçün “qeyri-ciddi komanda” imici formalaşdırıb.

Bu gedişlə, “Rəvan”ın bir-iki aydan sonra türkiyəli mütəxəssislə də yollarını ayıracağı gözlənilir. Bəs görəsən hazırda işsiz qalan məşqçilərimizə “Rəvan”dan təklif gələrsə, onlar bunu qəbul edərlərmi? 

Nə yardan doyur, nə əldən qoyur...

İki-üç dəfə “Rəvan”ın baş məşqçisi olan, hər dəfə də bir-iki aydan sonra qovulan Vladislav Qədirov nə yardan doyur, nə də əldən qoyur. Qədirov köhnə komandasından təklif gələrsə, qəbul edəcəyini inkar etmədi: “Bu gün bizim çempionatda çox komanda yoxdu, ona görə seçim imkanı da azdı. Biz də işləmək üçün məcbur olub belə komandalara gedirik. Nə etməliyik? Amma komandada tez-tez məşqçi dəyişikliyinin olması peşəkarlıq baxımından düzgün deyil”.

“Neftçi”nin keçmiş baş məşqçisi Arif Əsədov klubun tez- tez məşqçi dəyişməsini “Rəvan”ın imicinə böyük zərbə olduğunu bildirdi: “Şahin müəllim atdığı addımı özü daha yaxşı bilər. Klubun bu cür məşqçi dəyişikliyi etməsi, onun imicinə zərbədi”.

Əsədov “təklif gələrsə “Rəvan”a gedərdizmi” sualına birbaşa cavab verməkdən yayındı: “Real olmayan bir şey haqqında danışmaq istəməzdim”.

“Ağıllı adam ora addımını basmaz”

AZAL-ın keçmiş baş məşqçisi Elxan Abdullayev isə baltanı kökündən vurdu. Abdullayev “Rəvan”ı qeyri-peşəkar klub adlandırdı: “Bununla bağlı klub rəhbərliyi fikirləşməlidi. Fikirləşməlidilər ki, onların bu cür hərəkəti imicə zərər verir, ya yox? “Rəvan” peşəkar klub deyil. Bu klub özü üçün işləyir, Azərbaycan futboluna xidmət etmir. Hələ Şahin Diniyev ora getməmişdən öncə demişdim ki, “Rəvan”a ancaq ağılsız məşqçi gedə bilər. Mən özüm heç vaxt “Rəvan”dan gələn təklifi qəbul etməzdim. Çünki o klub məşqçilərlə təcrübə keçirir. Fikirləşə bilən hər kəs ora getməmişdən öncə analiz etməlidi ki, ondan əvvəl “Rəvan”da kimlər işləyib, necə işləyib? Ağıllı adam ora addımını basmaz”.

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Yunis Hüseynov da “Rəvan”dan təklif gələcəyi təqdirdə “yox” cavabı verəcəyini bildirdi: “Şahin Diniyev “Rəvan”a gedəndə çox sevinmişdim. Həmişə futbolumuzda yerli məşqçilərin işləməyini istəmişəm. Peşəkarlıq baxımından əlbəttə ki, tez-tez məşqçi dəyişmək düzgün deyil. Gərək məşqçiyə vaxt verəsən ki, nəticə də ala biləsən. “Rəvan”da işləmək təklifini qətiyyən qəbul etmərəm”.

“Rəvan” çox unikal klubdu”

Təcrübəli məşqçi Ağasəlim Mircavadov “Rəvan”ın hazırkı durumunun gülməli olduğunu bildirdi: “Mən elə başa düşürəm ki, “Rəvan” çox unikal klubdu. Hər 2-3 aydan bir məşqçi dəyişikliyi edir. Bunun da sonu təbii ki, pis olacaq. Birinci onların nə istədiyini bilmirəm. Klubda məşqçidən nə istəyirlər? Yəni istər yerli, istərsə də xarici məşqçi olsun, onu dəvət edəndə bir məqsəd olur. Hər bir klubun öz strateji yolu olmalıdı. Klubun günü-gündən infrastrukturu böyüməlidi. Meydança, uşaq akademiyası yaradılmalıdı. Bunlar hamısı vacib amillərdi. Amma biz bunların heç birini “Rəvan”da görmürük. Onlar sadəcə məşqçi dəyişikliyi etməklə məşğuldular. Şahin müəllim kluba keçəndən “Rəvan” oyununu xeyli yaxşılaşdırmışdı. Komanda dəyişmişdi. Oyunçular məşqçinin futbol fəlsəfəsini həyata keçirməyə çalışırdılar. Nəyə görə Şahin müəllimə futbolçu almağa imkan vermədilər? Bir sözlə, onların hərəkətinə necə ad verəcəyimi bilmirəm. Bir il ərzində 2-3 dəfə məşqçi dəyişikliyi harada görülüb?”.

Ağasəlim müəllim bu klubdan təklif gələrsə, qəbul etməyəcəyini bildirdi: “Rəvan” rəhbərliyi Şahin Diniyev kimi bir məşqçi ilə çalışa bilmirsə, ona daha nə deyə bilərəm?! Tez-tez məşqçi dəyişən klubda işləmək ağır olur. Heç mənə “Rəvan”da işləmək lazım da deyil”.

publika.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X