İdman24.az-ın məlumatına görə, bu sözləri "Real Madrid" klubunun baş məşqçisi Joze Mourinyo Kral Kubokunda "Atletiko Madrid" klubuna məğlubiyyətdən sonra bildirib.
"Bu mənim karyeram ərzində ən pis mövsüm oldu. Mənim üçün çümpionatda ikinci yeri tutmaq, Kuboku uduzmaq, Çempionlar Liqasından uzaqlaşmaq əsl məğlubiyyətdir. "Atletiko"nu biz 90 dəqiqədə uda bilərdik, sadəcə real qol vəziyyətlərindən yararlana bilmədik. Nəticədə futbol qalib gəldi" deyə baş məşqçi bildirib.
"Real"dakı gələcək karyerı ilə bağlı açıqlama verən Mourinyo bildirib ki, hələ onun komanda ilə 3 illik müqaviləsi var: "Mövsümün sonunda bununla bağlı qərar verəcəm".
İdman24.az