Yanvarın 5-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandasının təlim-məşq prosesi çərçivəsində qarşılaşacağı rəqiblərin adları bəlli olub. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar"ın ilk matçı yanvarın 9-da baş tutacaq.
Sözügedən qarşılaşmada "Qəbələ" Şotlandiya "Hibernian"ının U-17 komandası ilə üz-üzə gələcək. İkinci oyunda - yanvarın 11-də "qırmızı-qaralar" digər Şotlandiya təmsilçisi "Seltik"lə (U-17) münasibətlərinə aydınlıq gətirəcək. Yanvarın 12-də isə komanda vətənə dönəcək.
Qeyd ki, U-16 komandasının Antalya toplanışı AFFA-nın dəstəyi ilə təşkil olunub. Buna səbəb "Qəbələ"nin ötən il sözügedən yaş qrupunda çempion olmasıdı.
Fanat.az