19:58 11.01.2014 699

Berti Foqts: "Toplanış ya Dubayda olacaq, ya da Bakıda" - MÜSAHİBƏ

Bu gün səhər yığmanın baş məşqçisi Berti Foqts “Qarabağ”ın məskunlaşdığı “İC Santai” otelinə baş çəkib. Qurban Qurbanovla görüşən alman çalışdırıcı ağdamlıların məşqini izləyəndən sonar Fanat.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Qurban Qurbanovla hansı mövzuda danışırdız?
- Belə desək, ümumi durumla tanış oldum. Məşqin 45 dəqiqəsini izlədim və hər şey xoşuma gəldi.

- Əvvəllər təlim-məşq toplanışlarında olan klublarımızın düşərgələrində gözə dəymirdiz. Antalyaya gəlməyiniz AFFA-yla imzaladığınız yeni müqavilənin şərtləri ilə bağlıdı?
- Yox, müqavilədə belə şərt yoxdu. Özüm gəlmək istədim.

- “Qarabağ” son mövsümlərdə qızıl medalları qazanmaq şansını finişə yaxın itirir. Sizcə, bu nə ilə bağlıdı?
- Sualı komandanın baş məşqçisinə ünvanlasanız, yaxşı olar. Eləcə də “Neftçi”nin çalışdırıcısına?

- Niyə məhz “Neftçi”nin?
- Çünki çempionluq uğrunda mübarizədə bu iki komanda əsas rəqiblərdi.

- Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan Ağdam təmsilçisinin cari mövsüm arzusuna çatmaq şansı çoxdu?
- Hələ Premyer Liqadakı mübarizənin yekunlaşmasına çox var. Komandalar yolun yarısını qət edib. Fevralda iddialıların hansı vəziyyətdə olması həlledici amil sayılacaq. Çempionat oyunlarını izləməmiş bu haqda danışmaq olmaz. Əsas məsələ sabitliyi qorumaqdı. “Qarabağ”ın rəqiblərinin öhdəsindən necə gələcəyini zaman göstərəcək.

- Bizdə olan məlumata görə mart ayında təlim-məşq toplanışı keçirəcəksiz?
- Doğru məlumatdı. Martın 5-də FIFA bayrağı altında cəmləşən millilərin hamısı sınaq oyunlarına çıxacaq. Yığmanı ya Dubayda bir araya gətirəcəyik, ya da Bakıda. Qarşıdan AVRO-2016-nın seçmə mərhələsinin oyunları gəlir. Rəsmi matçlar başlayana qədər millini hazır vəziyyətə gətirməliyik.

- Toplanışın Premyer Liqanın təqvimini alt-üst edəcəyi, klubların planlarını pozacağı dəqiqdi…
- Ciddi problemlərin yaşanacağını düşünmürəm. Bütün millilər təlim-məşq toplanışı keçirir. Söylədiyim kimi, rəsmi matçlar barədə fikirləşməliyik.

- Milli konkret nə vaxt yığışacaq?
- Yoxlama görüşündən 4-5 gün əvvəl.

Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X